Macarıstanda ilk gündə bir qızıl

10.11.2024

Icma.az bildirir, sport24.az portalına istinadən.

Macarıstanın Dyör şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə yeniyetmələr arasında Avropa Kuboku start götürüb. Sport24.az xəbər verir ki, ilk gündə 4 çəkidə qaliblər bəlli olub.

Azərbaycan yığmasının heyətində 1 idmançı medal qazanıb. 55 kq çəki dərəcəsində çıxış edən Bayram Oruclu fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Cüdoçumuz finalda serbiyalı Aleksa Miloşeviçə qalib gəlib.

Qeyd edək ki, turnirdə 29 ölkədən 614 idmançı qələbə uğrunda mübarizə aparır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью