Macarıstanda Orbana görə irimiqyaslı əməliyyat BAŞLADI

22.06.2026

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Macarıstanın yeni hökuməti sabiq baş nazir Viktor Orbanın rəhbərlik etdiyi əvvəlki kabinetin fəaliyyətində yol verilmiş sui-istifadə halları ilə mübarizəyə yönəlmiş “Təmizlik” adlı antikorrupsiya əməliyyatına başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Peter Madyar bildirib.

Hökumət başçısı Aktivlərin Geri Alınması və Qorunması üzrə Milli Qurumun yaradılmasını nəzərdə tutan qanun layihəsinin parlamentdə təqdim olunduğunu açıqlayıb.

Madyarın sözlərinə görə, yeni hökumət qurumu əvvəlki hökumətlər tərəfindən törədilən mümkün maliyyə sui-istifadələrini və korrupsiyanı araşdıracaq: “Ölkəmizi iqtisadi-siyasi mafiyadan xilas edəcəyik”.

Baş nazir keçmiş hakimiyyəti İtaliyanın “Cosa Nostra” təşkilatının fəaliyyətləri ilə müqayisə edib.

Madyar Orban hökumətinin üzvlərinin, onların qohumlarının və yaxın dostlarının dövlət müqavilələrindən, subsidiyalardan və dövlət vəsaitlərindən qanunsuz istifadədən qazanc əldə etdiklərini vurğulayıb:

“Bu əməliyyat hərtərəfli siyasi, iqtisadi və hüquqi təşəbbüs olacaq, məqsədi Macarıstanı və dövlətin fəaliyyətini ölkəmizi boğan geniş yayılmış korrupsiya və mafiyadan azad etməkdir. Bunun ən vacib elementlərindən biri Aktivlərin Geri Alınması və Qorunması üzrə Milli Qurum olacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью