Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Budapeşt, 5 noyabr, AZƏRTAC
Azərbaycanın Macarıstandakı səfirliyi Budapeştdə Zəfər Gününə həsr olunmuş “Qələbənin əks-sədası” adlı konsert və fotosərgi təşkil edəcək.
AZƏRTAC xəbər verir ki, tədbir noyabrın 6-da səfirliyin Böyük zalında keçiriləcək. Konsert proqramında tarzən Bəxtiyar Məmmədov və pianoçu İnci Məmmədova çıxış edəcəklər.
Konsertlə yanaşı, qonaqlara fotosərgi də təqdim olunacaq. Rəsmi hissə başa çatdıqdan sonra isə onlar üçün Azərbaycan milli mətbəxinin təamlarından ibarət simvolik qəbul təşkil ediləcək.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt