Macarıstanda sabiq nazirin deputat mandatından imtinası tələb olunur

15.11.2026

Icma.az bildirir, Olke.az portalına istinadən.

Ölkə.az xəbər verir ki, bu barədə Xristian Demokratlar Xalq Partiyasının parlament fraksiyasının rəhbəri Bence Retvari “Facebook” səhifəsində paylaşım edib.

O, sabiq naziri mandatını təhvil verməyə çağırıb. Bence Retvari Şestağın adını təmizləməli və günahsız olduğunu sübut etməli olduğunu bildirib.

Sabiq nazir sentyabrın sonunda məhkəmənin qərarı ilə həbs edilib. Bundan əvvəl parlament onun deputat toxunulmazlığını ləğv edib.

Retvarinin sözlərinə görə, hüquq-mühafizə orqanları Şestaqla bağlı iş çərçivəsində külli miqdarda nağd pul müsadirə edib.

Noyabrın 13-də Macarıstanın Korrupsiya ilə Mübarizə üzrə Milli Aktivlərin Qaytarılması və Mühafizəsi İdarəsi ölkənin müxtəlif bölgələrindəki gizli yerlərdən 1,2 milyon dollar, 2,6 milyon avrodan çox və 5 milyard forint (13,7 milyon avro) aşkarlandığını açıqlayıb.

Sabiq nazirin vəkili isə həmin vəsaitlərin müdafiə etdiyi şəxsə məxsus olmadığını bildirib.(Teleqraf)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью