Macarıstanda saxlanılan Ukrayna vətəndaşları ilə bağlı qərar verildi

06.03.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Macarıstan külli miqdarda nağd pul və qızıl daşıyarkən saxlanılan yeddi ukraynalını ölkədən çıxaracaq.

Moderator.az-ın xəbərinə görə, bu barədə Macarıstanın beynəlxalq kommunikasiyalar və əlaqələr üzrə dövlət katibi Zoltan Kovaç "The Guardian" nəşrinə bildirib.

Kovaçın sözlərinə görə, hakimiyyət orqanları müəyyən ediblər ki, pulların daşınması zamanı əməliyyata Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş generalı rəhbərlik edib. Onun müavini Ukrayna Hərbi Hava Qüvvələrinin keçmiş mayoru olub, eləcə də ona hərbi təcrübəsi olan şəxslər kömək edib.

"Gəlinən bu qənaətlər əsasında yeddi nəfərin hamısı Macarıstandan çıxarılacaq", - deyə Z.Kovaç vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью