Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.
Müəllif:Mehin Qasımova,Banco.az
Macarıstan parlamenti ölkənin ən varlı şəxslərinin sərvətinə illik vergi tətbiq edilməsini nəzərdə tutan qanunu təsdiqləyib.
Banco.az xəbər verir ki, qanun layihəsi parlamentdə qəbul edilib.
Yeni qaydaya əsasən, xalis sərvəti 1 milyard forinti (təxminən 3 milyon dollar) aşan şəxslər 1–1,5 faiz dərəcəsi ilə vergi ödəyəcəklər.
Təşəbbüs Baş nazir Peter Magyarın seçkiqabağı vədlərindən biri olub. Qanunun 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.