Macarıstanda üzə çıxan köhnə yeni problemlər

10.06.2026

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

Azərbaycan millisinin UEFA Millətlər Liqasının D Liqasındakı oyunları ərəfəsində keçirdiyi Avstriya toplanışı komandanın hazırkı vəziyyətini qiymətləndirmək baxımından müəyyən ipucları verdi. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv hazırlıq prosesi çərçivəsində iki yoldaşlıq görüşünə çıxdı. İlk sınaqda Malta ilə qarşılaşan yığmamız 0:2 hesabı ilə məğlub oldu. Ardınca isə San Marino üzərində 2:1 hesablı qələbə qazanıldı.
Nəticələr fərqli olsa da, hər iki oyunda diqqət çəkən bir neçə ortaq məqam var idi. İlk növbədə, baş məşqçinin geniş rotasiyaya üstünlük verməsi nəzərə çarpdı. Abbasov hər iki görüşdə fərqli futbolçulara şans verməyə çalışdı. Bu da təbii qarşılanmalıdır. Çünki yoldaşlıq oyunlarının əsas məqsədlərindən biri futbolçuların imkanlarını yoxlamaq, müxtəlif oyun modellərini sınaqdan keçirmək və gələcək rəsmi matçlar üçün seçim imkanlarını genişləndirməkdir.
Bununla yanaşı, komandanın hücum xəttindəki problemlər də özünü göstərdi. Həm Malta, həm də San Marino ilə qarşılaşmalarda Azərbaycan millisi kifayət qədər qol epizodu yaratdı. Lakin bu imkanların əhəmiyyətli hissəsi reallaşdırılmadı. Xüsusilə son zərbələrdə və qərarvermə mərhələsində çatışmazlıqlar hiss olunurdu. Müasir futbolda yaradılan epizodların dəyərləndirilməsi nəticəyə birbaşa təsir edən əsas amillərdən biridir və bu baxımdan milli komandanın üzərində işləməli olduğu məqamlar kifayət qədərdir.

P.S. Jurnalistlərin Macarıstana səfəri AFFA-nın təşkilarçılığı və "Misli"nin dəstəyi ilə həyata keçib.
San Marino üzərində qələbə müəyyən mənada müsbət əhval-ruhiyyə yaratsa da, hesabın oyunun gedişatını tam əks etdirdiyini söyləmək çətindir. Rəqibə qarşı daha rahat üstünlük əldə etmək mümkün idi. Digər tərəfdən, Malta ilə görüşdəki məğlubiyyət də faciə kimi qiymətləndirilməməlidir. Hazırlıq oyunlarında əsas göstərici yalnız nəticə deyil, komandanın meydandakı davranışı və inkişaf istiqamətidir.
Toplanışın yekununda demək olar ki, Azərbaycan millisi müəyyən müsbət siqnallar versə də, xüsusilə hücumların sonlandırılması baxımından hələ də həllini gözləyən məsələlər qalır. Millətlər Liqasının startına qədər bu çatışmazlıqların aradan qaldırılması qarşısında duran əsas vəzifələrdən biri olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью