Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Macarıstandan Aİ büdcəsinə şərtli dəstək.
Banco.az xəbər verir ki, Macarıstanın Baş naziri Peter Magyar Avropa İttifaqının (Aİ) 2028-2034-cü illəri əhatə edən büdcəsini yalnız Macarıstan xalqının və biznes dünyasının maraqlarına xidmət edəcəyi təqdirdə qəbul edə biləcəklərini bildirib.
Magyar sosial media hesabında etdiyi açıqlamada Aİ paytaxtlarına səfəri çərçivəsində Budapeştə gələn Aİ Şurasının Prezidenti Antonio Kosta ilə görüşdüyünü bildirib.
Görüş zamanı Aİ-nin yeddiillik büdcəsini yalnız əldə olunacaq razılaşmanın Macarıstan xalqının və biznes dünyasının maraqlarına xidmət etməsi şərtilə qəbul edə biləcəklərini açıq şəkildə ifadə etdiyini bildirən Magyar Viktor Orban hökuməti dövründə tətbiq edilən gündəlik 1 milyon avroluq cərimənin dayandırılması ilə bağlı da sürətli həll gözlədiklərini qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!