Macarıstandan Ukraynanın Aİ üzvlüyü ilə bağlı danışıqlara yaşıl işıq

25.11.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Macarıstan hökuməti Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların son iki fəslinin açılmasına razılıq verib, lakin bu proses sürətləndirilmiş proses vasitəsilə deyil, həmişəki kimi davam edəcək. Baş nazir Peter Magyar bunu Ukraynada Prezident Volodimir Zelenski ilə görüşdən sonra keçirilən mətbuat konfransında açıqlayıb.

Xəbəri TASS yayıb. 

“Macarıstan digər 27 Aİ üzvü ilə birlikdə hələ açıq olmayan dördüncü və beşinci danışıq blokları ilə bağlı məktubların göndərilməsinə razılıq verib”, - deyə Magyar bildirib. O, müəyyən edilmiş prosedurlara uyğun olaraq, “bundan sonra hökumətlərarası konfrans keçiriləcək və orada qalan iki qrup məsələ üzrə danışıqların başlanması ilə bağlı rəsmi qərar veriləcək”.

Baş nazir bildirib: “Ukrayna tərəfinin kənd təsərrüfatı və ya digər sahələrdə atacağı əlavə addımlar qənaətbəxş olarsa - və bu, təkcə Macarıstan üçün deyil, həm də Polşa, Almaniya və Fransa kimi ölkələr üçün vacibdir - onda biz irəliləyə bilərik”. 

Onun çıxışı Macarıstan televiziyasında yayımlanıb.

P.ƏMİRCANOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью