Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Budapeşt, 20 noyabr, AZƏRTAC
Avropa Birliyi Şurası Macarıstanın SAFE müdafiə maliyyələşdirmə proqramı çərçivəsində 5,4 milyard avroluq kredit üçün yenilənmiş ərizəsini təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Macarıstanın Aİ yanında Daimi Nümayəndəliyi məlumat yayıb.
Avropa Komissiyasının ötən il təklif etdiyi proqram üzv dövlətlərin müdafiə imkanlarını gücləndirmək üçün 150 milyard avro həcmində birgə kredit nəzərdə tutur. Əvvəlki hökumət 20 milyard avro tələb etsə də 16,2 milyard avro ayrılmışdı. Yeni hökumət sentyabrda ərizəni yenidən işləyərək məbləği 5,4 milyard avroya endirib, Avropa Komissiyası isə planı təsdiqləyib.
Ətraflı investisiya planları milli təhlükəsizliklə bağlı məxfi saxlanılır. Mediada yayılan məlumatlara görə, vəsait hava hücumundan müdafiə və dronlara qarşı sistemlərə, eləcə də M49 avtomobil yolunun inşasına yönəldilə bilər. Aİ məsələləri üzrə dövlət katibi Andraş Biro-Nad qərarı alqışlayıb. Müdafiə naziri Romulus Rusin-Sendi isə bildirib ki, plan yenidən qiymətləndirilmiş müdafiə ehtiyaclarına uyğun hazırlanıb. Kredit müqaviləsi imzalandıqdan sonra Macarıstan hökuməti kreditin 15 faizi qədər avans ala bilər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt