Macarıstanın Azərbaycandan alacağı qazın həcmi məlum olub

11.12.2025

Marja.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Macarıstan Azərbaycandan 800 milyon kub metr həcmində qaz alacaq.

Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto “Facebook”da bildirib.

“Daha bir təbii qaz alışı ilə bağlı razılaşma: Bu dəfə Azərbaycanla. İki il ərzində 800 milyon kub metrlik qaz!”, - Siyarto qeyd edib.

Qeyd edək ki, 10 dekabr 2025-ci il tarixində SOCAR ilə “MVM ONEnergy” arasında təbii qaz təchizatına dair yeni saziş imzalanıb. 1 yanvar 2026-cı ildən qüvvəyə minəcək saziş Azərbaycan ilə Macarıstan arasında strateji enerji tərəfdaşlığının daha da möhkəmləndirilməsinə xidmət edir.

İş elanları AzVak.az-da

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью