Macarıstanın baş məşqçisi: Səfər oyunumuz çox isti bir atmosferdə keçəcək

23.11.2024

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

Macarıstan millisinin baş məşqçisi Marko Rossi Millətlər Liqasının pley-off mərhələsinin püşkünü dəyərləndirib. Sport24.az xəbər verir ki, püşkün nəticələrinə əsasən, A Liqası uğrunda pley-off matçında Macarısta Türkiyə ilə qarşılaşacaq.

Rossi isə püşkü belə dəyərləndirib: 

"Türkiyə püşkatmada qaçmaq istədiyim tək ölkə idi. Çünki bu komandanın gücünü və sahib olduğu dəyərli futbolçuları tanıyıram. Üstəlik Türkiyədə səfər oyunu oynamağın necə bir şey olduğunun da fərqindəyəm. Səfər oyunumuz çox isti bir atmosferdə keçəcək".

Qeyd edək ki, 1/4 və pley-off oyunları gələn il 20-23 mart tarixlərində keçiriləcək

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью