Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Macarıstanın prokurorluğu Baş nazir Peter Madyarı gecə klubunda başqa şəxsin mobil telefonunu oğurlamaqda ittiham olunan şəxs qismində dindirib.
"Yeni Sabah" xəbər verir ki, Madyar "Facebook" hesabında ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirib.
"Bu axşam əvvəlcədən razılaşdırılmış vaxtda 21 iyun 2024-cü il tarixində baş verən hadisələrlə bağlı Mərkəzi Baş İstintaq Prokurorluğunda dindirildim. Qısa açıqlama verdim və mənə qarşı irəli sürülən hüquq pozuntusu ilə bağlı təqsirimi qəbul etmədim. Hadisələrin sonrakı inkişafı barədə əlavə məlumat verəcəyəm", - deyə o yazıb. pizza
Sentyabrın 28-də Macarıstan parlamenti prokurorluğun müraciəti əsasında baş nazirin ona qarşı irəli sürülən cinayət ittihamları ilə əlaqədar toxunulmazlığını ləğv edib.
2024-cü ilin iyununda Madyar gecə klubunda onu videoya çəkən şəxsin mobil telefonunu əlindən alaraq Dunay çayına atıb. Baş nazir isə keçmiş hakimiyyətin ona qarşı təxribat törətməyə çalışdığını iddia edir.
Macarıstan parlamentinin deputatı olan Madyar özü toxunulmazlığının ləğv edilməsini istəyib. O, istintaqla əməkdaşlığa hazır olduğunu və gizlədəcək heç nəyinin olmadığını bildirib.
İki il əvvəl o, Avropa Parlamentinin deputatı olduğu üçün məsuliyyətə cəlb edilə bilməyib. Avropa Parlamenti isə onu təqibdən qoruyan toxunulmazlığının ləğv edilməsinə razılıq verməyib.
Prokurorluq bildirib ki, Madyarın hərəkətləri oğurluq kimi qiymətləndirilə bilər. Macarıstan Cinayət Məcəlləsinin 370-ci maddəsinə əsasən, buna görə cəza oğurlanan əmlakın dəyərindən və cinayətin törədilmə üsulundan asılı olaraq müəyyən edilir.
Hazırkı baş nazirin zərərçəkəndən aldığı smartfonun dəyəri təxminən 275 avro qiymətləndirilir. Buna uyğun olaraq, Madyarı külli miqdarda cərimə, ictimai işlər və ya iki ilədək həbs cəzası gözləyə bilər.
Macarıstanda müxalifət hazırda bu işə mümkün qədər çox diqqət cəlb etməyə çalışır və bunun hazırkı hökumətə siyasi zərər vuracağına ümid edir.
Keçmiş baş nazir Viktor Orbanın rəhbərlik etdiyi FİDES partiyası bildirib ki, "Madyar mobil telefon oğurladığına görə məhkum edilən tarixdə ilk baş nazir ola bilər"./Oxu.az