Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna hakimiyyəti həddi aşdı, amma Macarıstan Aİ-nin Kiyevə maliyyələşdirməsinə qarşı mübarizəsini dayandırmayacaq.
Gununsesi.infoxəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban sosial mediada bildirib.
“Ukrayna rəhbərliyi həddi aşdı. Biz münaqişə axtarmırdıq, amma Macarıstan artıq bir neçə gündür ki, təhlükə altındadır”, – deyə siyasətçi bildirib.
Onun sözlərinə görə, nə Ukrayna Prezidenti Vladimir Zelenskinin, nə də Xarici İşlər Nazirliyinin rəhbərinin təhdidləri Macarıstanın öz xalqının maraqlarını müdafiə etməsinə mane olmayacaq.
Baş nazir bildirib ki, Budapeşt Kiyevə pul göndərməyəcək, “çünki bu pullar macar ailələrinə məxsusdur” və Rusiyadan asanlıqla əldə edilə bilən neft və qaz idxalına qadağa qoyulmasına icazə verməyəcək.
Orban əlavə edib ki, Macarıstanda vətənpərvər bir hökumət hakimiyyətdə olduğu müddətcə bu məsələlərlə bağlı qərarlar nə Kiyevdə, nə də Brüsseldə verilməyəcək.
Maqsud