Olke.az saytına istinadən Icma.az xəbər verir.
Livanda minlərlə Hizbullah fəallarını və liderlərini partlatmasına səbəb olan peycer əməliyyatındansonra Macarıstan kəşfiyyat xidmətləri ilə İran kəşfiyyat xidmətləri arasında əməkdaşlığın ilginc detalları ortaya çıxıb.
Ölkə.az WP-yə istinadən xəbər verir ki, 2024-cü ilin sentyabrında İsrailin Hizbullah üzvünü ölümcül yaralan və öldürən peycer əməliyyatından qısa müddət sonra Macarıstan Baş naziri Viktor Orbanın hökuməti İrana yardım təklif edib.
Nəşrin yazdığına görə, Macarıstan xairici işlər naziri Peter Siyartonun iranlı həmkarı Abbas Əraqçi arasında telefon danaışığı olub. Danışıqa zamanı Siyarto iranlı həmkarına deyib ki, məxfi xidmətimiz artıq İranaın məxfi xidmətləri ilə əlaqə saxlayıb istintaq zamanı topladığımız bütün məlumatlar barədə məlumat verəcəyik. “Bütün mümkün sənədlər sizin xidmətlərinizə ötürüləcək", - o qeyd edib.
Qeyd edək ki, peycer əməliyyatı zamanı Macarıstan diqqət mərkəzində idi, çünki cihazların Macarıstan firması tərəfindən istehsal olunduğu bildirilirdi.
Onu da xatırladaq ki, 2024-cü ilin sentyabr ayında Livanda baş verən peycer əməliyyatı 12 nəfərin ölümünə, təxminən 2800 nəfərin yaralanmasına səbəb olub.
Mürtəza