Macarıstanın “MOL” şirkəti “Saudi Aramco”nun Polşadakı aktivlərini almağa namizəddir

28.10.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Budapeşt, 28 oktyabr, AZƏRTAC

Macarıstanın “MOL” enerji şirkəti Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinə məxsus Polşadakı bəzi aktivləri almaq üçün əsas namizədlərdən biri hesab olunur.

AZƏRTAC xəbər verir ki, “Index” portalının məlumatına görə, potensial satışa Qdansk neft emalı zavodunun 30 faizlik payı və “Aramco Fuels Poland” şirkəti daxil ola bilər. “Saudi Aramco” mümkün satış variantlarını qiymətləndirmək üçün “JPMorgan Chase” investisiya bankını cəlb edib.

“MOL” şirkəti 2022-ci ildə Polşada 417 yanacaqdoldurma məntəqəsini 600 milyon ABŞ dollarından artıq məbləğə əldə edib. Qdansk zavodunda payın alınması şirkətə yanacaq təchizatını gücləndirmək və Polşa bazarındakı mövqeyini genişləndirmək imkanı verə bilər.

Bununla belə, sövdələşmə hələ təsdiqlənməyib. Avropa İttifaqının rəqabət qaydaları, Polşa dövlətinin maraqları və aktivlərin qiyməti qərara təsir göstərə bilər. “MOL”un yekun alıcı olub-olmayacağı hələlik məlum deyil.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью