Macarıstanın mövqeyindən yan keçmək Aİ üçün yanlış yoldur

03.10.2025

Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hollandiyanın baş naziri Dik Şof Avropa İttifaqında yekdillik prinsipinin ləğvinə qarşı çıxıb və bildirib ki, Macarıstanın fikirlərini nəzərə almadan Ukrayna və Moldovanın birliyə inteqrasiyası düzgün yanaşma deyil.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

“Moldova və Ukraynanın gələcəyi Aİ-dədir”, – deyə baş nazir vurğulayıb.

Bununla belə, Dik Şofun fikrincə, Macarıstanın mövqeyindən yan keçmək və qərarların konsensus olmadan qəbul edilməsi Aİ-nin dəyərlərinə uyğun deyil və bu, Ukrayna ilə Moldova üçün də yanlış yoldur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью