Macarıstanlı qapıçının “Sabah”a transferi ilə bağlı YENİ XƏBƏR

28.01.2025

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Sabah” heyətini macar qolkiperlə gücləndirməyə yaxın olub.
Bizim.Media xəbər verir ki, Masazır təmsilçisi Stas Pokatilovdan öncə “Volos”un qolkiperi ilə danışıq aparıb. Söhbət Daniel Kovaçdan gedir.
Belə ki, “Sabah” ona təklif göndərib. Lakin 31 yaşlı qolkiperin Premyer Liqa klubuna keçidi baş tutmayıb.
Qeyd edək ki, Kovaçın “Volos”la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. O, karyerası ərzində “Zalaeqerseq”, “Ferentsvaroş”, “Soroksar”, “Fehervar” klublarının qapısını qoruyub.
Rəşad Rafiqoğlu, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью