Macarlar “Qarabağ” üçün Bakıya gələcək

24.08.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

UEFA Gənclər Liqasında dekabrın 10-da keçiriləcək “Qarabağ” – “Ayaks” oyununa təyinatlar açıqlanıb.

Futbolpress.az xəbər verir ki, görüşü Macarıstandan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Marton Ruş olacaq. Ona yan xətt hakimləri Georg Viq-Tarsoni və Balaş Şalai kömək edəcəklər. Dördüncü hakim funksiyasını Cavid Cəlilov yerinə yetirəcək.

“Azersun arena”da keçiriləcək matça saat 15:00-da start veriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью