Macarlardan millimizə 4 cavabsız qol

14.11.2024

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

Sportal.az xəbər verir ki, 6-cı qrupda yer alan millimiz Macarıstan yığması ilə üz-üzə gəlib. Rumıniyanın “Tunari” stadionunda təşkil olunan görüş Macarıstan seçməsinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-17 növbəti oyununu noyabrın 16-da Yunanıstan yığmasına qarşı keçirəcək.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью