Madam şagirdlərin təbrik etməsini istəmirsiniz, siz özünüz müəllimlərə bir hədiyyə alın Ek…
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsinin yolverilməz olduğunu bəyan edib.
Bu kimi hallar müşahidə olunarsa müvafiq tədbirin görüləcəyi bildirilib.
Redaktor.az xəbər verir ki, məsələ ilə bağlı təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, 8 Mart bütün dünyada qadınlara verilən dəyər günüdür.
Onun sözlərinə görə, 8 Martda bəylər həyat yoldaşını, uşaqlar ana və bacılarını, sevgililər sevdiklərini həyəcanla təbrik edir.
"Amma şagirdlər onlara təlim-tərbiyə keçən müəllimini təbrik edə bilmir. Çünki tədris prosesinə mənfi təsir göstərər.
Yaxud da, bu kimi addımlar bəzilərində sui-istifadə kimi qiymətləndirilə bilər.
Əslində biz hər hansı bir fəaliyyətdə sui-istifadənin önünü kəsməyi həmin prosesi ləğv etməkdə görməməliyik.
Tam oxu
Xəbəri oxu