Madaqaskar sahillərində iki gəmi çevrildi: 20dən çox insan həlak oldu

25.11.2024

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Madaqaskar sahillərində göyərtəsində Somali sakinlərinin olduğu iki gəminin çevrilməsi nəticəsində 24 nəfər həlak olub.

Oxu.Az bu barədə "Associated Press" agentliyinə istinadən xəbər verir.

"Hind okeanının Madaqaskar sahillərində iki qayığın çevrilməsindən sonra 24 nəfər həlak olub", - Somali hökuməti bildirib.

46 nəfərin xilas edildiyi qeyd olunur. Gəmilərin dəqiq təyinat məntəqəsi hələ də məlum deyil. Mütəxəssislər hadisənin bütün təfərrüatını araşdırırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью