Madaqaskarlı rejissor: Fransa Reyunyonda apardığı siyasətə görə mənəvi və siyasi məsuliyyət daşıyır AZƏRTAC

21.01.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 21 yanvar, AZƏRTAC

Biz beynəlxalq ictimaiyyəti apardığımız mübarizənin legitimliyini tanımağa çağırırıq. Fransa Reyunyondakı siyasətinə görə mənəvi və siyasi məsuliyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bu sözləri madaqaskarlı prodüser-rejissor Klaudia Ramananjanahary “Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış” adlı konfransda söyləyib.

O qeyd edib ki, Hind okeanı zonası dövlətlərinin, beynəlxalq ictimaiyyətin dəstəyi bu mübarizəyə böyük töhfə verə bilər.

O vurğulayıb ki, Fransanın müstəmləkəçilik siyasəti nəticəsində Reyunyon yüksək yoxsulluq səviyyəsi, eləcə də çətin iqtisadi və sosial vəziyyətlə üzləşib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью