Made in Turan brendi ilə məhsullar bazara çıxarılacaq

26.11.2024

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Türkdilli ölkələrin məhsulları "Made in Turan" brendi ilə bazara çıxarılacaq.

"Report" xəbər verir ki, bunu “Azərbaycan Françayzinq Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Cavid Mövsümov Bakıda keçirilən "Turan E-Ticarət və İxracat Forumu"nda bildirib.

"Bu gün bu tədbirdə "Made in Turan" markası ilə ilk məhsullar təqdim edilir. Biz istəyirik ki, bu brendlə bazara keyfiyyətli məhsullar daxil olsun. "Made in Turan" təkcə qida deyil, həm də qeyri-qida məhsullarını, ümumilikdə bir sıra əmtəə və xidmətləri nəzərdə tutur", - deyə o qeyd edib.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью