Madleen gəmisində saxlanılan 3 fəal İrana hücumlar səbəbindən İsraildə qalıb

13.06.2025

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Madleen yelkənli gəmisində hüquq müdafiəçilərinin qanuni təmsilçisi olan İsrailin hüquq müdafiə təşkilatı "Adalah"dan verilən yazılı açıqlamada Hollandiyadan Marko van Rennes və Fransadan Paskal Maurieras və Yanis Mhamdinin Ramle şəhərindəki Givon həbsxanasında saxlanıldığı bildirilib.

Açıqlamada “İsrail və İran arasında mövcud gərginlik səbəbindən planlaşdırılmış deportasiya uçuşları birdən-birə ləğv edilib” deyə bildirilib və sözügedən üç fəalın Givon həbsxanasında saxlandığı qeyd edilib.

“Adalah” vəkillərinin saxlanılan fəallarla görüş tələb etdiyi bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью