Madleen gəmisinin heyəti Ben Qurion hava limanına çatdırılıb

10.06.2025

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Göyərtəsində fələstinyönlü 12 fəalın olduğu Qəzza zolağı sahillərinə doğru hərəkət etmək istəyən "Madleen" gəmisinin heyəti Təl-Əvivdəki Ben-Qurion hava limanına çatdırılıb və oradan yaxın saatlarda ölkələrinə uçacaqları gözlənilir.

Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda həmçinin qeyd olunur ki, deportasiya sənədlərini imzalamaqdan imtina edənlər, İsrail qanunlarına uyğun olaraq məhkəməyə çıxarılacaqlar və müvafiq hökm veriləndən sonra ölkələrinə deportasiya ediləcəklər.

Xatırladaq ki, ötən gün İsrail isveçli ekofəal Qreta Tunberqin olduğu gəminin Qəzzaya yaxınlaşmasına icazə verməyib. İsrailin Xarici İşlər Nazirliyindən bildirilib ki, gəmidə olanlar Qəzza sakinlərinə humanitar yardım göstərmək yox, medianın diqqətini cəlb etmək istəyiblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью