MADO da verilən hamburgerdən görün nə çıxdı Foto

09.07.2025

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Məşhur restoranlar şəbəkəsi MADO ilə bağlı qalmaqallı iddia səsləndirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Facebook” istifadəçilərindən biri yazıb.
O bildirib ki, hadisə iyulun 8-də restoranlar şəbəkəsinin “Gənclik Mall”dakı filialında yaşanıb:
“Qızlarımla birlikdə restoranda nahar etmişik. Kiçik yaşlı qızıma uşaqlar üçün nəzərdə tutulan hamburger sifariş ermişik. İçindən çıxana baxın (fotoda – red.). Görün ətin içinə bu vicdansızlar nələr qatırlar”.
Sözügedən fotonu təqdim edirik:

MADO-nun sözügedən filialından Yeniavaz.com-a bildirildi ki, hazırda məsələ araşdırılır:
“İndi araşdırılır. Bu barədə mətbuata açıqlama veriləcək. Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları buradadır. Araşdırma gedir”.
Murad Məmmədov
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью