“Mado”da müştəriyə "tarakanlı" şorba verdilər FOTO

29.06.2026

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


“Mado” restoranlar şəbəkəsinin Gənclik Mall filialında müştəriyə təqdim edilən şorbadan hamamböcəyi çıxıb.

Bakupost.az xəbər verir ki, vətəndaş bununla bağlı bloger Saleh Nəsirova yazıb.

Onun sözlərinə görə, restoran əməkdaşları baş verən hadisəyə görə üzr istəyib və müştəriyə desert təklif ediblər.

“”Mado”da pomidor şorbasından tarakan çıxdı. Hələ də özümə gələ bilmirəm. Oranın artıq zayı çıxıb. Bəlkə ictimailəşsə, özlərini bir az düzəldərlər”, - deyə o bildirib.

Lalə Novruz,

BakuPost




Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью