Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.
Los-Ancelesdə MTV Video Music Awards 2026-nın 43-cü təqdimetmə mərasimi keçirilib. Müğənni Madonna MTV Video Music Awards 2026 mükafatlandırma mərasimində 13 mükafat qazanaraq “İlin sənətçisi” seçilib.
Qaynarinfo "FOX News"a istinadən xəbər verir ki, gecənin əsas qaliblərindən biri Madonna olub. Müğənni 13 mükafat qazanıb və “İlin sənətçisi” adına layiq görülüb.
Mükafatların sayına görə ikinci yerdə Teylor Svift qərarlaşıb. O, gecə ərzində 11 mükafat əldə edib və “The Fate of Ophelia” klipinə görə “İlin videosu” mükafatını qazanıb.
Digər mükafatlara Sabrina Karpenter, Ariana Qrande, Bruno Mars, Ella Lanqli və bir sıra digər məşhur ifaçılar da layiq görülüblər.
Əfsanəvi “Nirvana” qrupu videomədəniyyətin inkişafına verdiyi töhfəyə görə Maykl Cekson adına mükafat alıb. Teylor Svift isə mükafat tarixində ilk dəfə təqdim edilən “Artist Director Honors” mükafatına layiq görülüb.
MTV Video Music Awards 2026-nın əsas qalibləri
* İlin artisti – Madonna
* İlin mahnısı – BTS, “Swim”
* İlin videosu – Teylor Svift, “The Fate of Ophelia”
* Ən yaxşı yeni artist – Sienna Spiro
* Ən yaxşı birgə iş – Madonna və Sabrina Carpenter, “Bring Your Love”
* Ən yaxşı rəqs videosu – Madonna, “Confessions II – The Film”
* Ən yaxşı pop videosu – Lisa və Kentaro Sakaguti, “Dream”
* Ən yaxşı hip-hop videosu – Cardi B və Keylani, “Safe”
* Ən yaxşı R&B videosu – Bruno Mars, “I Just Might”
* Ən yaxşı alternativ video – Olivia Rodrigo, “The Cure”
* Ən yaxşı latın videosu – Bad Bunny, “Novayol”
* Ən yaxşı K-pop videosu – BTS, “Swim”
Aydın