Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Məşhur pop-müğənni Madonna Nyu-Yorkda şöhrət qazanmağa başlayan zaman çoxlu çətinliklərlə üzləşib.
Reyting.az xəbər verir ki, dünya şöhrətli müğənni bu barədə YouTube kanalı “Cey Şetti Podcast”-a geniş müsahibəsində danışıb.
Madonna müsahibəsində Nyu-Yorka gəldikdən sonra fiziki zorakılığa məruz qaldığını, başına tapança dirədiklərini, itaət göstərməyəcəyi təqdirdə, sözün həqiqi mənasında, ölümlə hədələndiyini etiraf edib.
Sənətkar özünün əvvəllər naməlum qalan gizli tərəflərini də açıqlayıb.
Qeyd edək ki, əvvəllər Madonna bu mövzuda susub və açıq danışmaqdan çəkinib.
V. QULİYEV