Madonna və uşaq əsəri hüquqi davaya səbəb olub

12.03.2025

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Antonio Solarionun "Madonna və uşaq" əsəri İngiltərədə bir qadınla İtaliya muzeyi arasında hüquqi davaya səbəb olub.

Kulis.az xəbər verir ki, 1973-cü ildə İtaliyanın Belluno şəhərindəki bələdiyyə muzeyindən oğurlanan, 16-cı əsrə aid Antonio Solarionun "Madonna və uşaq" tablosu İngiltərədə qadınla muzey arasında davaya səbəb olub.

Əsər İtaliyanın şimalındakı Dolomit dağlarında yerləşən Belluno şəhərindən götürüldükdən sonra, onu Baron De Dozsa adlı şəxs satın alıb.

Şəkil hələ də Barbara De Dozsadadır və İnterpolun oğurlanmış sənət əsərləri siyahısındadır.

Barbara De Dozsa rəsm əsərini bəyənmədiyini bildirsə də, onu qaytarmaqdan imtina edib.

Qeyd edək ki, 16-cı əsrin əvvəllərində şöhrət qazanmış Antonio Solarionun əsərləri hərraclarda milyonlarla dollara satılır.

Cabir Novruz kimdir? “10 mart - Milli Tеatr Günü” adlı kitab sərgisi "Azərbaycanda elə bir müğənni yoxdur ki, mən onunla duet oxumağı arzu edim" - Nadir Rüstəmli ilə müsahibə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью