Madrid debisində “Atletiko” “Real”a qalib gəlib KONKRET

20.09.2026

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İspaniya La Liqasının VII turunda Madrid derbisi keçirilib.

KONKRET.az xəbər verir ki, “Atletiko” doğma meydanda “Real”ı 2:1 hesabı ilə məğlub edib.

Qarşılaşmanın ilk hissəsində hesab açılmayıb. 50-ci dəqiqədə “Real”ın müdafiəçisi Din Huysen cərimə meydançasında Culiano Simeoneyə qarşı qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alıb. Təyin olunan penaltini 53-cü dəqiqədə Alexandro Qrimaldo dəqiq yerinə yetirib.

59-cu dəqiqədə Conatan David Simeonenin ötürməsindən sonra fərqi iki topa çatdırıb. “Real” yalnız 89-cu dəqiqədə Antonio Rüdigerin qolu ilə hesab arasındakı fərqi azalda bilib.

“Real”ın start heyətində meydana çıxan Arda Gülər Huysenin qırmızı vərəqəsindən sonra 54-cü dəqiqədə əvəzlənib. Onun yerinə Rüdiger meydana daxil olub.

Bu qələbədən sonra “Atletiko” xalını 16-ya çatdıraraq ikinci pilləyə yüksəlib. 15 xalı olan “Real” isə üçüncü sıraya geriləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью