Madrid derbisini UEFA nın müfəttişi araşdıracaq

27.03.2025

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

UEFA "Real"ın 4 futbolçusunun davranışlarını araşdırmaq üçün etika və intizam üzrə müfəttiş təyin edib.

İdman.biz xəbər verir ki, Çempionlar Liqasının 1/8 finalında "Atletiko" - "Real" cavab matçında baş verənlərə hüququ qiymət veriləcək.

UEFA-nın müfəttişi "Atletiko"nun şikayəti əsasında Kilian Mbappe, Vinisius Junior, Daniel Sebalyos və Antonio Rudigerin davranışlarını araşdıracaq. Təqdim olunan videoçarxlarda adıçəkilən futbolçuları qeyri-etik hərəkətləri yer alıb.

Qeyd edək ki, Madrid klubları arasında keçirilən iki oyunda 2:2 (2:1, 0:1) hesabı qeydə alındığından qalib penalti seriyasında bəlli olub. Daha dəqiq olan "Real" 4:2 hesabı ilə qalib gələrək, 1/4 finala vəsiqə qazanıb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью