Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
“Real” (Madrid) “Arsenal”ın müdafiəçisi Rikkardo Kalafiori ilə yaxından maraqlansa da, London təmsilçisi italiyalı futbolçunu asanlıqla əldən vermək istəmir.
Futbolpress.az xəbər verir ki, “topçular” 24 yaşlı müdafiəçinin satışına yalnız 100 milyon avrodan yuxarı rəsmi təklif gələcəyi təqdirdə baxmağa razılıq verə bilərlər.
İspaniya təmsilçisi artıq futbolçunun yaxınları ilə təmasa keçərək transfer şərtləri barədə məlumat toplayıb, lakin “Kral klubu”nun rəhbərliyi tərəfindən hələlik rəsmi müraciət ünvanlanmayıb.