Madrid klubu Ruben Diasa elçi düşüb

16.06.2026

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Real" "Mançester Siti"nin mərkəz müdafiəçisi Ruben Diası transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

"Kral klubu"nun baş məşqçisi Joze Mourinyo Din Heysenə etibar etmədiyi üçün müdafiəni gücləndirmək istəyir. "Los Blancos"un 29 yaşlı portuqaliyalı ilə müqavilə bağlamağa yaxın olduğu bildirilir. "Şəhərlilər"in isə yaxşı təklif gələcəyi halda, oyunçunu satmağa hazır olduğu bildirilir.

Qeyd edək ki, Madrid təmsilçisi yay transfer dönəmində Fran Qarsiya və Raul Asensionu da satmağı düşünür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью