Icma.az, Idmanxeber.az saytına istinadən bildirir.
Yarımmüdafiəçi Aleks Baena “Vilyarreal”dan “Atletiko”ya keçib.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu ilə 30 iyun 2030-cu ilə qədər müqavilə imzalanıb. Transfer məbləğinin 45 milyon avro olduğu bildirilir.
“Vilyarreal”da 23 yaşlı Baena bütün turnirlərdə 148 oyun keçirib, 26 qol vurub və 40 məhsuldar ötürmə edib.