Madrid meriyasından La Liqa klubuna ağır zərbə

29.07.2026

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Madrid şəhərinin rəhbərliyi "Rayo Valyekano"nun ev oyunlarını keçirdiyi Campo de Vallecas" stadionunu bağlayıb. Sport24.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Arenada aparılan yoxlama zamanı yanğından mühafizə sistemlərində, elektrik naqillərində və işıqlandırmada çatışmazlıqlar aşkar edib. Təmir işlərinin iki aydan altı aya qədər davam edəcəyi gözlənilir.

Qeyd edək ki, La Liqada yeni mövsümə avqustun 15-də start verilir. "Rayo Valyekano" ilk ev oyununu 20-də keçirəcək. Şəhər meriyasının qərarından sonra komanda rəqiblərini başqa stadionda qəbul etmək məcburiyyətindədi. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью