Madrid “Real”ı Arbeloanı əvəz edəcək əsas namizədin adını açıqlayıb

29.01.2026

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Aston Villa”nın çalışdırıcısı Unai Emerini cari mövsümün sonunda İspaniyanın “Real”(Madrid) klubunun baş məşqçisi ola bilər.

İdman.Biz İspaniya KİV-ə istinadən xəbər verir ki, artıq tərəflər arasında mümkün təyinatla bağlı danışıqlar baş tutub.

54 yaşlı mütəxəssis “Kral klubu”nun rəhbərliyi tərəfindən baş məşqçi postuna birinci namizəd hesab edilir.

Qeyd edək ki, “Real”ın hazırkı baş məşqçisi Alvaro Arbeloadır.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью