Madrid rəhbəri İspaniyanın baş nazirini “xain” adlandırıb

15.08.2026

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Madrid Muxtar Birliyinin hökumət başçısı İzabel Dias Ayuso iyulun sonunda minlərlə miqrantın daxil olduğu Seutada baş verən hadisələrə görə İspaniyanın Baş naziri Pedro Sançesi “xain” adlandırıb.

Bizimyol.info xəbər verir ki, siyasətçi "X" sosial şəbəkəsində yazıb ki, İspaniya hökuməti “ölkəyə kimliyini müəyyənləşdirmək istəmədiyi terrorçuların daxil olmasına imkan verib”. O, bununla yanaşı, İspaniyada terror təhlükəsi səviyyəsinin hələ də dördüncü pillədə olduğunu vurğulayıb.

“Sançes məsuliyyətsizdir və xayindir. İspaniyanın sərhədləri qorunmalıdır. İspanların təhlükəsizliyi müzakirə mövzusu ola bilməz”, - deyə Ayuso bildirib.

İyulun sonunda on minlərlə qanunsuz miqrant Mərakeşlə sərhəddə yerləşən Seutaya üzərək, həmçinin şəhəri Mərakeşdən ayıran bənddən piyada keçərək daxil ola bilib.

Böhran fonunda Madrid şəhərdə təhlükəsizliyin təmin edilməsinə yardım göstərmək üçün hərbçiləri cəlb etmək qərarına gəlib. İspaniya hakimiyyətinin məlumatına görə, miqrantların böyük əksəriyyəti artıq Mərakeşə qayıdıb. Bununla belə, Seutada hələ də təxminən 5 min miqrantın qala biləcəyi bildirilir.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью