Icma.az bildirir, 525.az portalına istinadən.
İspaniyanın paytaxtında Valyekas rayonundakı barların birində güclü partlayış baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış yanğınla nəticələnib.
Qəza nəticəsində 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətiləri alıb. 7 nəfər təcili xəstəxanaya yerləşdirilib. Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə gələn yanğınsöndürənlər qısa zamanda alovu söndürüblər.
Qeyd edək ki, partlayışa səbəb yenicə təmir edilmiş soyuducu olub.
L.Tağıyeva