Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün, sentyabrın 12-də Avropanın aparıcı futbol çempionatlarında və qitədən kənarda tamaşaçı marağı doğuran bir sıra matçlar keçiriləcək.
İdman.Biz xəbər verir ki, günün əsas qarşılaşmalarından biri A Seriyasında “Latsio” ilə “Milan” arasında keçiriləcək. Romalılar çempionata ideal başlayaraq üç turdan sonra 9 xal toplayıblar. “Milan” da hələ məğlub olmayıb və rəqibindən 2 xal geri qalır.
İngiltərədə son çempion “Arsenal” “Sanderlend”in qonağı olacaq. Mikel Artetanın komandası Premyer Liqadakı ilk üç matçının hamısında qələbə qazanıb. Meydan sahibləri isə ilk turdakı məğlubiyyətdən sonra növbəti iki görüşdə 4 xal toplayıblar.
“Tottenhem”də isə maraqlı vəziyyət yaranıb. London təmsilçisi hələ çempionatda heç bir qələbə qazanmayıb və cəmi 1 xal toplayıb. Bu gün komanda, əksinə, üç matçdır məğlub olmayan “Everton”u qəbul edəcək.
İspaniyada “Real” mövsümdəki ilk məğlubiyyətini unutdurmağa çalışacaq. Ardıcıl üç qələbədən sonra Madrid təmsilçisi “Betis”ə (0:1) uduzub və hazırda lider “Barselona”dan 3 xal geri qalır. Komandanın növbəti rəqibi paytaxtın digər klubu – “Rayo Valyekano” olacaq.
“Böyük beşlik”dən kənarda isə “Ayaks”ın “Fortuna”ya səfəri diqqət çəkir. Amsterdam təmsilçisi əvvəlki turda PSV-yə (1:3) uduzub və hazırda Erediviziyanın turnir cədvəlində bugünkü rəqibindən aşağı pillədə qərarlaşıb.
Səudiyyə Ərəbistanında isə iki maraqlı qarşılaşma keçiriləcək. “Əl-Hilal” səfərdə “Əl-Taavun”la qarşılaşacaq, Kriştiano Ronaldonun “Əl-Nəsr”i isə “Əl-Xalic”lə üz-üzə gələcək. Portuqaliyalı futbolçu əvvəlki turda karyerasının 979-cu qolunu vurub və 1000 qol kimi tarixi göstəriciyə yaxınlaşmaqda davam edir.
12 sentyabr
Premyer Liqa
18:00. “Liverpul” – “Fulhem”
18:00. “Çelsi” – “Hall Siti”
20:30. “Tottenhem” – “Everton”
23:00. “Sanderlend” – “Arsenal”
Bundesliqa
17:30. “Borussiya” (Dortmund) – “Paderborn”
17:30. “Auqsburq” – “Bayer”
A Seriyası
20:00. “Latsio” – “Milan”
La Liqa
20:30. “Atletik” – “Elçe”
23:00. “Real” – “Rayo Valyekano”
Liqa 1
19:15. “Strasbur” – “Monako”
22:45. “Paris” – “Lion”
Türkiyə Super Liqası
21:00. “Konyaspor” – “Trabzonspor”
Erediviziya
22:00. “Fortuna” – “Ayaks”
Səudiyyə Ərəbistanı çempionatı
19:50. “Əl-Taavun” – “Əl-Hilal”
22:00. “Əl-Xalic” – “Əl-Nəsr”
Qeyd: Oyunlar Bakı vaxtı ilə göstərilib.