Madriddə kütləvi etiraz aksiyası keçirilib

12.11.2026

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İspaniyanın paytaxtı Madriddə ümumi tətil çərçivəsində azı 120 min nəfərin iştirak etdiyi etiraz aksiyası keçirilib.

APA xəbər verir ki, bu barədə Madrid muxtar icmasının hökumət nümayəndəliyi məlumat yayıb.

Aksiya mənzil böhranı, yüksək qiymətlər və əməkhaqqılarının artırılması tələbləri ilə təşkil olunub. Oxşar aksiyaların ölkənin digər şəhərlərində də keçirilməsi planlaşdırılır.

24 saatlıq ümumi tətil noyabrın 11-də başlayıb. Etirazçılar münasib qiymətə mənzil və layiqli əməkhaqqı tələb edirlər. Aksiya zamanı bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Yerli mətbuatın məlumatına görə, aksiyalar zamanı təxminən 50 nəfər saxlanılıb. Həmkarlar ittifaqları bəzi hallarda polisin etirazçılara qarşı güc tətbiq etdiyini bildiriblər.

Qeyd edək ki, İspaniyada noyabrın 29-na növbədənkənar parlament seçkiləri təyin olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью