Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Konor Qallaher Madriddən Londona qayıdıb. “Tottenhem” heyətini onunla gücləndirib.
"Football-plus.az" xəbər verir ki, London klubu “Atletiko”nun yarımmüdafiəçisini birdəfəlik transfer edib. 25 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb.
Qeyd edək ki, “Çelsi”nin yetirməsi olan Qallaher İspaniya klubunda 2024-cü ilin yayından çıxış edirdi. O, cari mövsümdə madridlilərin heyətində bütün turnirlərdə 27 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.
Konorun İngiltərə premyer-liqasında zəngin çıxış təcrübəsi var. O, indiyədək bu turnirdə keçirdiyi 136 matçda 18 qol vurub və 13 qolun ötürməsini verib.