Icma.az, futbolpress-az saytına istinadən bildirir.
“Real” qış transfer dönəmində yeni futbolçu transfer etməyəcək.
Futbolpress.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Madrid klubunun baş məşqçisi Xabi Alonso heyətin çempionluq üçün yetərli olduğunu düşünür və transferə ehtiyac duymur.
“Real” La Liqada 18 turdan sonra 42 xalla ikinci sıradadır. Madrid təmsilçisi lider “Barselona”dan dörd xal geridədir.