Icma.az, Fanat portalına istinadən məlumat yayır.
"Real Madrid" rəhbərliyi təcrübəli müdafiəçi David Alaba ilə bağlı gözlənilməz və qəti qərarını artıq verib.
Fanat.Az xəbər verir ki, məşhur insayder Fabritsio Romanonun iddiasına görə, klub avstriyalı futbolçu ilə başa çatan müqaviləni yeniləməmək qərarına gəlib. Zədə problemləri səbəbindən əsas heyətdəki yerini itirən 33 yaşlı müdafiəçi, mövsüm sonunda azad agent statusu ilə komandadan ayrılacaq.
Klubun bu addımı həm maaş büdcəsini rahatlatmaq, həm də müdafiə xəttini gənc ulduzlarla gücləndirmək məqsədi daşıyır.
Alabanın karyerasını Səudiyyə Ərəbistanı və ya MLS klublarında davam etdirəcəyi barədə xəbərlər artıq yayılmağa başlayıb.