Maduro ABŞ ni sülhə çağırdı

14.11.2025

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Venesuela prezidenti Nikolas Maduro ABŞ xalqına müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, o, ABŞ-ın “Cənub nizəsi” əməliyyatına başlamasına cavab olaraq Amerika xalqını “sülh üçün Venesuela ilə birləşməyə” çağırıb.

Maduro həmçinin ABŞ-yə digər uzunmüddətli münaqişələrə qarışmamaq barədə xəbərdarlıq edib.

Prezident ölkədə 4,5 milyon nəfərlik milis qüvvəsini səfərbər etdiyini açıqlayıb.

Qeyd edək ki, ABŞ Latın Amerikası narkotik kartellərinə qarşı əməliyyat çərçivəsində sualtı qayıqlar və döyüş gəmilərini Venesuela sahillərinə göndərib.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью