Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"ABŞ-da Venesuela ilə danışmaq istəyən hər kəslə heç bir problem olmadan üz-üzə danışacam"
Venesuela Prezidenti Nikolas Maduro ABŞ Prezidenti Donald Trampla dialoqa açıq olduğunu bəyan edib. AYNA.AZ bu barədə xarici mediaya istinadən bildirir.
Maduro Venesuela dövlət televiziyasında çıxış edərkən "ABŞ-da Venesuela ilə danışmaq istəyən hər kəslə heç bir problem olmadan üz-üzə danışacam" deyib.
Maduro əlavə edib ki, "yalnız diplomatiya azad ölkələrə və hökumətlərə bir-birini başa düşməyə imkan verəcək və yalnız dialoq onlara qarşılıqlı maraq doğuran məsələlərdə ortaq məxrəc tapmağa imkan verəcək".
CNN qeyd edir ki, Karib dənizində hərbi mövcudluğun artması fonunda Tramp "Maduro ilə müəyyən bir vaxtda danışmağa hazır olduğunu bildirərək, potensial diplomatik yol gördüyünə işarə edib".