Maduro: ABŞ yeni sonsuz müharibəyə hazırlaşır

25.10.2025

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın Karib dənizində hərbi varlığını gücləndirərək Venesuelaya qarşı uydurma müharibə hazırlaşır.
Ölkə.az  xəbər verir ki, bunu  Venesuela prezidenti Nikolas Maduro bəyan edib.
"Onlar (ABŞ nəzərdə tutulur-red) bir daha heç vaxt müharibəyə qarışmayacaqlarına söz verdilər, amma indi bizim qarşısını ala biləcəyimiz yeni müharibəyə hazırlaşırlar. Biz bunun qarşısını alacağıq. Necə? Cənubi Amerika xalqlarını səfərbər etməklə, çünki bütün Cənubi Amerika və Karib hövzəsi müharibəyə "yox", sülhə, firavanlığa, harmoniyaya "hə" deyir”.
O əlavə edib ki, Amerika xalqı bunu bilir və biz onlardan soruşmalıyıq: “Onlar Vyetnamdakı kimi başqa bir müharibə istəyirlərmi? Amerika xalqı həqiqətən də Kolumbiya, Venesuela və bütün Karib hövzəsi xalqlarına qarşı müharibəni dəstəkləyirmi? "
Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopez ABŞ-dan gələcək təhlükəyə qarşı hazırlıqlarını davam etdirdiklərini bildirib.
Venesuelanın hər qarış torpağını qətiyyətlə müdafiə edəcəklərini bəyan edən nazir Lopez əlavə edib: “ABŞ hava və dəniz qüvvələri hər keçən gün Venesuela sahillərinə yaxınlaşır. Hazırlığımızı hər gün davam etdiririk. Biz buradayıq, qorxmadan, təslim olmadan, hədə-qorxuya boyun əymədən işləyirik. Ölkənin bizdən gözlədiyi vəzifəni yerinə yetiririk”.
Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью