Maduro amerikalılara səsləndi: “Ölkənizdə “dəli adamlar”ın əl qolunu bağlayın”

16.12.2025

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Venesuela Prezidenti Nikolas Maduro milli televiziya efirində çıxışı zamanı ABŞ vətəndaşlarına müraciət edərək, müharibə istəyən və guya neft əldə etmək niyyəti güdən hərbçi “dəli adamlar”ın əl-qolunu bağlamağa çağırıb.
Bizim.Media xəbər verir ki, Maduro həmçinin ABŞ-ın həmkarlar ittifaqlarının, siyasi və dini liderlərinin, eləcə də sadə vətəndaşlarının vicdanına və baxışlarının ciddiliyinə ümid etdiyini bildirib.
Venesuela prezidentinin sözlərinə görə, ABŞ-da bir çox ictimai rəy liderləri Amerikada sülhün dəyərini, ABŞ-a, beynəlxalq hüquqa hörmət edən, sülhsevər və pasifist ölkə olan Venesuelaya hörmətin vacibliyini dərk edirlər.
Qeyd edək ki, Nikolás Maduro ABŞ-dakı “hərbçi dəli adamlar” ifadəsi ilə hərbi müdaxiləyə meylli siyasətçiləri, xüsusən də Donald Trampı nəzərdə tutur.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью