Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
ABŞ Venesuela Prezidenti Nikolas Maduronun tutulması zamanı Diskombobulator adlı silahdan istifadə edib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “The New York Post” (NYP) yazıb.
"Bu “Diskombobulator”dur. Mən bu barədə danışa bilmərəm", - deyə ABŞ Prezidenti Donald Tramp NYP-yə verdiyi müsahibədə bildirib.
Qəzet, həmçinin Venesuela Prezidentinin təhlükəsizlik işçilərindən birinin Ağ Evin mətbuat katibi Karolin Levittin sosial media səhifəsində dərc olunmuş sözlərinə istinad edib. O, “Diskombobulator”un zərbəsini "çox güclü səs dalğası" ilə müqayisə edib.
Xatırladaq ki, 3 yanvarda Venesuela xarici işlər naziri İvan Gil Pinto ABŞ-nin Karakasdakı mülki və hərbi hədəflərə hücum etdiyini açıqlayıb. O, Vaşinqtonun hərəkətlərini hərbi təcavüz adlandırıb. Venesuelada fövqəladə vəziyyət elan edilib.
ABŞ Prezidenti Donald Tramp daha sonra zərbələri təsdiqləyib. O, Venesuela lideri Nikolas Maduro və həyat yoldaşının tutulduğunu, ölkədən çıxarıldığını elan edib. Onlar Nyu-Yorkun Bruklin şəhərindəki bir həbsxanaya aparılıblar. 5 yanvarda Maduro və həyat yoldaşı Nyu-Yorkun Cənub Dairəsindəki federal məhkəmədə çıxış ediblər. ABŞ hakimiyyəti onları narkotik qaçaqmalçılığında iştirakda ittiham edib. Təqsirləndirilən şəxslər ittihamları qəbul etməyiblər.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin